7 Sentyabr 16:50
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki təminat üzrə idarə, şöbə (bölmə) və xidmət rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Eldəniz Yəhyayevin də iştirak etdiyi toplanışda cari il ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, maddi-texniki təminatın vəziyyəti və bu sahədə həyata keçirilən islahatlar təhlil olunub.

"Tədbirdə çıxış edən general-mayor E.Yəhyayev Azərbaycan Ordusunda maddi-texniki təminat sahəsində görülən tədbirlər və qarşıda duran başlıca vəzifələrdən danışıb. Həmçinin maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu, onların istismarı haqqında məlumatların çatdırılması, qoşunlarda maddi-texniki təminatın perspektivləri və qış dövrünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Bundan başqa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində maddi-texniki təminatın vahid mərkəzdən daha operativ idarə olunmasını təmin etmək məqsədilə yeni məlumat sisteminin yaradılmasından danışılıb. Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin maddi-texniki təminatın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər