10 Sentyabr 11:31
266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı qüsurlarla bağlı sualına cavabında jurnalistlərə açıqlamasında deyib.

"Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır", - nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər