12 Sentyabr 14:27
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

Bu barədə Teleqraf.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb vətəndaş və valideyn müraciətləri əsasında aparılan yoxlama-nəzarət tədbirləri zamanı nöqsanların aşkar edilməsi olub.

Həmin nöqsanlar aşağıdakılardır:

- təşkilati-sənədləşmə işlərinin, uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;

- davamiyyətin aşağı olması, prosesə nəzarətin düzgün təşkil edilməməsi;

- uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi.

Qeyd edilib ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər