16 Sentyabr 09:52
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Oxu.az-a istinadla xəbər verir ki, rayon ərazisində "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, avtomobildə olan sərnişin Elbəyi Həsənov isə qəza nəticəsində ölüb.

E.Həsənov polis zabiti olub və Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində işləyib.

O, ailəli olub.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər