16 Sentyabr 16:54
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

"Təbii ehtiyatlar ölkə iqtisadiyyatında mühüm rol oynamağa davam etsə də, Azərbaycan ekoloji davamlılığa sadiq qalır. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlılıq üzrə qlobal müzakirələrdə fəal rolunu gücləndirir", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər