Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, Sabunçu rayonu, Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, həmçinin Bakıxanov qəsəbəsində təmir-bərpa işləri aparılacaq.
Bu baxımdan sentyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Kürdəxanı və Maştağa Ləhic bağları ərazisində, Bakıxanov qəsəbəsində, Sülh, Eldar Xəlilov, Mehmandarov, Fətəliyev küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.