24 Sentyabr 10:59
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib.

Teleqraf.com xəbər verir ki, pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.

Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub.

Oxu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib. G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb: “Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər