Qarabağ Universitetinin loqosu təqdim edilib.
Teleqraf.com xəbər verir ki, Universitetdən verilən məlumata görə, loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır.
K və U hərfləri universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə universitetin daimi inkişafını ifadə edir.
Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir.