"İmişlidə itkin düşmüş Rasimlə bağlı bütün zəruri addımlar atılır".
Teleqraf.com xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, atılan addımların müsbət nəticə verəcəyinə ümid edir: “Hazırkı an üçün isə konkret nə isə demək mümkün deyil”.