11:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Su Ehtiyatları Agentliyi “Türyançay sol sahil kanalı”nın bərpasını bu ilin sonuna qədər yekunlaşdıracaq.

Teleqraf.com xəbər verir ki, hazırda suvarma kanalının yenidən qurulmasının I mərhələsi davam edir.

Bərpa işlərinə 2023-cü ildə start verilib. Hazırda kanalın qurğularla birgə 7 km hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.

Ümumi uzunluğu 11,5 km olan kanal üzərində sudü¬şürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.

Mənbəyini “Türyançay”dan götürən kanalın yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11 335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər