Çox gigiyenik olduğunu düşündüyümüz əşyaların əslində gözləniləndən daha çox çirkli olduğu ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları duş başlıqları və diş fırçaları üzərində apardıqları yeni araşdırmada 600-dən çox müxtəlif virus aşkar ediblər.
Üstəlik, hər bir nümunədə tamamilə fərqli virusların olduğu müəyyənləşib.
Tədqiqata rəhbərlik edən mikrobioloq Erika Hartman nəticələrin gözləniləndən daha heyrətamiz olduğunu ifadə edib.
Mütəxəssislər vurğulayırlar ki, aşkarlanan mikroorqanizmlərin əksəriyyəti insan sağlamlığına təhlükə yaratmır. Xüsusilə, mikrobakteriya tipli bakteriyaları yoluxduran, “mikobakteriofaq” adlanan, vərəm və cüzam kimi xəstəliklərə səbəb olan viruslar daha çox yayılıb.
Hartman duş başlıqlarını müntəzəm olaraq sabunla yumağı və ya sirkəylə islatmağı tövsiyə edir. O, bildirir ki, diş fırçaları tez-tez dəyişdirilməlidir: "Bakteriyalar hər yerdə var və onların əksəriyyəti zərərsizdir. Mikroblara həddindən artıq müdaxilə etməkdən çəkinməliyik. Onlara nə qədər çox hücum etsək, bir o qədər davamlı olurlar".