7 Noyabr 18:09
211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki ,tədbirdə Mülki müdafiə qoşunlarının (MMQ) rəhbər şəxsləri, Vətən müharibəsi iştirakçıları və qaziləri, MMQ-nin şəxsi heyəti iştirak edib.

Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummili Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ordumuzun qazandığı möhtəşəm Zəfər sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də bu tarixi Zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, eyni zamanda dövlət suverenliyinin tam bərpa edilməsi ilə yekunlaşmış lokal xarakterli antiterror tədbirlərindən bəhs edib, qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti və tədbir iştirakçılarını təbrik ediblər.

Daha sonra tədbirdə çıxış edən MMQ-nin zabitləri, II Qarabağ Müharibəsi iştirakçısı baş leytenant Ədalət Məmmədov, Aprel döyüşləri və II Qarabağ Müharibəsi iştirakçısı baş leytenant Hüseyn Kərimli 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açıb, döyüş xatirələrini bölüşüblər. Ümumilli Lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qazi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından bəhs ediblər.

Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər