7 Noyabr 18:57
10 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sülh müqaviləsinin məzmunu ilə hələ tanış deyiləm.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın yeni ədliyyə naziri Srbuhi Qalyan deyib.

Nazir jurnalistlərin müqavilənin mətni ilə tanış olub-olmadığı sualına belə cavab verib:

“Hələ yox, bu mənim üçüncü iş günüm olduğu üçün bunu etməmişəm, amma bütün sülh prosesinin hüquqi müşayiətini təmin etmək öhdəliyini öz üzərimə götürmüşəm”.

Qalyan onu da qeyd edib ki, o, “Real Ermənistan” ideologiyası ilə bağlı Nikol Paşinyan hökumətinin siyasi mövqeyini tamamilə bölüşür:

“Dövlətimiz kifayət qədər mürəkkəb bir yol keçib, bu gün qarşılaşacağımız problemləri heç birimiz proqnozlaşdıra bilməzdik. Mən bu gün buradayam, Real Ermənistan ideyasına inanıram, biz ölkəmizin dinc və təhlükəsiz mühitini təmin etmək üçün hər şeyi etməliyik”.

“Real Ermənistan” ideyasının müəllifi Baş nazir Nikol Paşinyandır. Bu, ermənilərin Ermənistanı mövcud sərhədləri daxilində, yəni qonşu ölkələrə ərazi iddiaları olmadan qəbul etmələrini nəzərdə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər