Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında sonuncunun andiçmə mərasimindən əvvəl telefon danışığının mümkünlüyü istisna edilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, istisna deyil. Özü demişdi ki, inauqurasiyadan əvvəl Putinə zəng vuracam? Bu, onun (Trampın) sözüdür”, – Peskov belə bir təmasın istisna edilib-edilməməsi sualına cavab verib.
O əlavə edib ki, indiyədək Rusiya prezidentinin administrasiyası və ya Xarici İşlər Nazirliyindən heç kim Trampın komandası ilə əlaqə saxlamayıb.
Kremlin sözçüsü deyib ki, Putin həmçinin ABŞ prezidenti postunu tərk etməyə hazırlaşan Co Baydenlə telefon danışığı planlaşdırmır.