Azərbaycanda 8-10 noyabr tarixlərində müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Noyabrın 9-da yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Bundan başqa, noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.