COP29-da Türkiyə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum COP29-da Türkiyə pavilyonunun açılış mərasimində deyib.
"Türkiyə "bir millət, iki dövlət" prinsipi ilə COP29-da daha aktiv iştirak edir. Azərbaycanda keçirilən COP29-da bu dəfə iqlim dəyişikliyi ilə bağlı maliyyə mexanizmlərini də müzakirə edəcəyik”, - o qeyd edib.