14:21
247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Xəyyam Əhmədli səhhətindəki son vəziyyətdən danışıb.

O, Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Səhhətim normaldır. Evdəyəm. Əməliyyatım üçün 220 min manat lazımdır".

Meyxanaçı "Sənət dostlarınız sizə maddi dəstək üçün sosial media hesablarında paylaşım edirlər. Bunun nəticəsi varmı" sualına isə "Sənət dostlarım mənə dəstək olurlar. Sosial şəbəkədə paylaşımlara görə müəyyən qədər məbləğ toplanıb, təxminən 50-60 min manat",- deyə meyxanaçı cavab verib.

Qeyd edək ki, Xəyyam Əhmədlinin ürəyində problem yaranıb. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır.

O, 2018-ci ildə ürəyindən anju olunub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər