Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova və hüquqşünası Ülviyyə Həsənova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinn tələbələri ilə görüşüblər.
Teleqraf.com xəbər verir ki, fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimləri İlham Mazanlı və Arzu Məmmədovanın tədris etdiyi «Beynəlxalq humanitar hüquq və jurnalistika» fənnində qonaq olan nümayəndəliyin əməkdaşları tələbələrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti, iş prinsipləri, gördüyü işlər, o cümlədən qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb, verilən sualları cavablandırıb.
NİGAR