Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini açıqlayıb.
Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1245 nəfər namizəddən 33 nəfəri imtahana gəlməyib. 1000 nəfər namizəd I mərhələnin müsabiqə şərtini (30 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.
Ən yüksək nəticə 86 bal olub.
Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 7-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.