Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) jurnalistika ixtisası üzrə magistraturaya qəbul olunmaq istəyən bakalavrlara müraciət edib.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanın 22 fevral 2015-ci ildə keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyirlərsə, 2015-ci ilin martın 19-dan 29-dək TQDK nın internet saytında müvafiq səhifədə (https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Bakalavr qabiliyyət imtahanına gələrkən özü ilə . şəxsiyyətini təsdiq edən sənəd; “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni gətirməlidir.
Bunlarla yanaşı, bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçməklə qabiliyyət imtahanında iştirak edə bilərlər. Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir.
Jurnalistika üzrə qabiliyyət imtahanına hazırlaşmaq üçün imtahan verən şəxslərə 11 mənbədən istifadə tövsiyə olunub ki, bunlar Azərbaycan Respublikasının Konstitusiyası. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Kütləvi informasiya vasitələri haqqında , “İnformasiya əldə etmək haqqında “, “Məlumat azadlığı haqqında” , “Dövlət sirri haqqında” qanunlar, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası., jurnalistlərinin peşə davranışı qaydaları , İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya., Beynəlxalq Jurnalistlər Federasiyasının Jurnalist Davranışının Prinsipləri Haqqında Bəyannaməsi, Fichtelius E. Jurnalistikanın on qızıl qaydasıdır.