18 May 2014 14:46
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən dəyişkən buludlu olacaq və yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildiriblər ki, mayın 19-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində hava əsasən yağmursuz olacaq.

Abşeron yarımadasında temperaturun gecə 16-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında mayın 19-da hava əsasən yağmursuz olacaq.

Lakin səhər və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 15-20 dərəcə isti, gündüz 32-37 dərəcə isti olacaq.


Müəllif: