QOÇ – Öz bürcünüzün “hakim” dövrü olsa da, bu, bədbin ovqatınıza heç bir müsbət təsir göstərməyəcək. Çünki bu bədbinliyi özünüz yaradırsınız. Odur ki, baxışlarınızda köklü dəyişikliklər etməyə çalışın.
BUĞA - Günün tələbi odur ki, həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedi-qodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun.
ƏKİZLƏR - Kifayət qədər düşərli bir zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" zodiak işarəsi də siz olacaqsınız.
XƏRÇƏNG - Bu təqvimdə sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız nahar vaxtı xırda mübahisələriniz mümkündür.
ŞİR - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Amma ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək.
QIZ – Hansısa narahatçılığa əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Bu gündən etibarən fəaliyyətlə bağlı geniş imkanlar yaranacaq. Heç bir olayı mistikləşdirməyin.
TƏRƏZİ - Planetlərin bürcünüzdəki neqativ düzülüşü bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın.
ƏQRƏB - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 11-dən etibarən çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız.
OXATAN – Revmatik probleminiz varsa, bir qədər diqqətli olmalısınız. Gün ərzində yeni simalarla tanış olacaqsınız ki, bu da gələcəkdə işlərinizin sürətlənməsinə təkan verəcək. Nahardan sonra şəxsi büdcənizdə müəyyən artımlar olmalıdır.
OĞLAQ - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki elə səhər saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.
SUTÖKƏN – Saat 14-ə qədərki vaxtı səbrlə başa vursanız, qalan müddətdə hansısa xoşagəlməzlik olmayacaq. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə, əzmkarlığınızı artırmağınız kifayətdir.
BALIQLAR – Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Bu gün iş yerini dəyişmək fikrinə də düşməməlisiniz.