Azərbaycanda sabah gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildiriblər ki, martın 31-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın hərarəti gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.
Martın 31-dən aprelin 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda 1-6 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.