Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev aprelin 16-dа saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərini qəbul edəcək.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları aprel ayının 14-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
BƏXTİYAR