7 Aprel 2015 13:41
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik-2” adlı növbəti tədbirini Tərtərdə keçirib.

Birlikdən verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır. Onun sözlərinə görə, bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir: “Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəvyyatı ilə diqqəti cəlb edib. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəylinin sözlərinə, tarixdən bəlldir ki, milli kimliyinə sahib olmayan millətlərin adı ancaq tarixdə qalır. O bildirib ki, milli adət və ənənələrinə sadiq olan millət yad düşüncələrin qurbanına heç vaxt çevrilmir: “Bu gün Qarabağın işğaldan azad olunmasının yollarından biri də mənəvi dəyərlərimizə sahib hər bir ölkə vətəndaşının sahib olmasından keçir”.

Qeyd edək ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, Cümə məscidinin axundu Sadiq Cəfərov və başqaları tədbir haqqında öz fikirlərini bölüşüblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər