9 Aprel 2015 14:47
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" QSC-də iş saatları dəyişdiriləcək. Bu, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları zamanı baş tutacaq.


Bu barədə Report-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq yarışlar zamanı sərnişinlərin maneəsiz və rahat hərəkətinin təşkil edilməsi məqsədilə iyunun 12-28-də metronun iş saatları artırılacaq: "Belə ki, həmin tarixlərdə metronun iş saatı saat 06:00-dan saat 01: 00-ə qədər uzadılacaq. Lakin keçiriləcək I Avropa Oyunlarının açılış və bağlanış günü metronun iş saatı gecə saat 02:00-a qədər artırıla bilər".

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin adi günlərdə iş saatları saat 06:00-24:00-dır.


Müəllif:

Oxşar xəbərlər