9 Aprel 2015 16:32
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçirilən irimiqyaslı təlimlərə cəlb edilən şəxsi heyətlə Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonun Ağsaqqalar Şurasının, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Qadınlar Şurasının və digər ictimai qurumların nümayəndələrinin görüşü keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlim poliqonunda rayon fəalları ilə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən və xalq qarşısında hər kəsin məsuliyyətinə diqqət çəkərək, bu tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə qısa bir müddət ərzində xeyli iş görüldüyünü xüsusi qeyd edən nazir, əsgər və zabitlərimizin, o cümlədən təlimlərə cəlb edilən şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Təlimlərdə iştirak edən şəxsi heyətlə görüşən, silah-sursat və döyüş texnikası ilə tanış olan qonaqlar Silahlı Qüvvələrimizin təminatından, əsgər və zabitlərimizin vətənpərvərlik ruhundan razı qaldıqlarını bildiriblər.

Sonda Gəncə Qarnizon Zabitlər Evi və Şəmkir hərbi birliyinin özfəaliyyət kollektivinin birgə iştirakı ilə konsert proqramı təqdim edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər