9 Aprel 2015 22:45
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda vətənpərvərlik mövzusunda tədbir keçirilib. Tədbir, Müdafiə Nazirliyi və Ağcabədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığım ilə baş tutub.

Teleqraf.com-un xəbərinə görə, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində Müdafiə Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Ağcabədi rayonunda təşkil edilib. “Xalq və Ordu birdir” devizi altında bədii təşviqat marafonu rayon sakinlərinin geniş marağına səbəb olub. Tədbirdə Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri və rayonun tanınmış ziyalıları da iştirak ediblər. Mərasimdə, Azərbaycanın Böyük Vətən müharibəsində qazanılan qələbədə olan payında söz açılıb, Azərbaycanın müasir ordu quruculuğundakı nailiyyətləri diqqətə çatdırılıb. Bildirilib ki, bu cür tədbirlər, xalq və ordunun monolit birliyinin nəticəsidir.

Böyük Vətən müharibəsi iştirakçılarının mərkəzi meydana xüsusi təyin edilən hətrbi maşınlarla daxil olub. Onlar bu əziz günün sevincini yaşadıqları üçün mənun olduqlarını dilə gətiriblər. Onlar tezliklə Bayrağımızın işğal altında olan ərazilərimizdə görmək arzusunda olduqlarını bildiriblər.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Belarusiyalı Anatoli Nikolayeviç Davidoviçin ailəsinin iştirakı xüsusilə vurğulanıb. Milli Qəhrəmanın ailə üzvüləri, Azərbaycana gəlişlərini və onlara göstərilən diqqətlə bağlı öz fikirlərini bölüşdürüblər.

Tədbirdə əsgərlərimiz xidməti silahları nümayiş etdiriblər. Mərasim bayu Azərbaycan incəsənət ustalarının ifasında müxtəlif rəqs və mahnı nümunələri nümayiş olunub.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər