Daxili İşlər Nazirliyi vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi istiqamətində səyyar qəbul keçirib.
Bu barədə Teleqraf.com-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Suraxanı Rayon Polis İdarəsinin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayon sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.
Rayonun Hövsan, Zığ, Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində baş tutmuş səyyar xidmətlər nəticəsində ümumilikdə 467 nəfərin, o cümlədən əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşların, həddi-buluğa çatmış gənclərin, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşların müvafiq sənədləri qəbul edilib.
Hacı Zeynalov