Azərbaycanın regionlarında calışan orta məktəb müəllimləri üçün də sınaq qiymətləndirmə imtahanı keçiriləcək.
Təhsil naziri Mikayıl Cabbarov mətbuata açıqlamasında bildirib ki, Təhsil Nazirliyi "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun aparılan islahatların davamı olaraq rayonlardakı ümumitəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə Nazirlər Kabinetinə müvafiq təkliflər verib və hökumət tərəfindən hazırda bu təkliflərə baxılır.
SEVİL