Millət vəkili, yazıçı Aqil Abbas Avropa Oyunlarına xərclənən maliyyə vəsaiti ilə bağlı tənqidlərə sərt reaksiya verib.
Teleqraf.com-un xəbərinə görə, A.Abbas Avropa Oyunlarına ayrılan vəsaitlə bağlı bunları deyib: "Deyirlər, 8 milyard pul niyə ayrılır? Tutaq ki, 50 milyard pul ayrılıb. Amma pulun nəyə xərclənməsindən danışan yoxdur. İdman meydançaları, olimpiya şəhərciyi tikilib. Bunların hamısı bu millətə qalacaq. Müxtəlif təşkilatlar Oyunlardan təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Necə ki, "Eurovison"da bunlar nəticə vermədi, indi də heç bir nəticə verməyəcək. Bəzi kərtənkələlər var, oyunları boykot çağırışı edir. Sən boykot edən deyilsən. QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərə, KİVDF mediaya maliyyə ayırır, Azərbaycan dövlətindən maliyyələşənlərə satqın deyirlər. Ölkəmizdə inqilab etmək, Azərbaycanı Suriyaya, Yəmənə döndərmək istəyənlərdən maliyyələşənlər yox, biz satqın adlanırıq. Həmkarlarıma səslənirəm, belə kərtənkələlərə vaxtında cavab verək".
Nərgiz