23 Aprel 2015 12:57
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Türkiyə birlikdə olduğu təqdirdə, ermənilər istəklərinə nail ola bilməyəcəklər".

Teleqraf.com-un məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfransda çıxışı zamanı İstanbul Universitetinin professoru Halil Bal bildirib.

Onun sözlərinə görə, Osmanlı dövlətində yaşayan erməniləri müsəlmanlara qarşı düşmən edənlər əsasən, Qərb dövlətlərinin missionerləri olub: “Xüsusilə amerikalı missionerlər varlı olduqlarından, çoxlu pulla Osmanlı hökumətinin yarısından çoxunu təşkil edən qeyri-müsəlmanlara təsir edərək, onları türklərə qarşı çıxarıblar".

Bəxtiyar


Müəllif: