Səhiyyə Naziri Oqtay Şirəliyev 24 Mart 2015-cü il tarixində saat 11:00-da Qusar Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir Qusar, Quba, Xaçmaz, Şabran rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Naibə QURBANOVA