29 Aprel 2015 17:55
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

III Qlobal Bakı Forumu dünyanı düşündürən məsələlərin müzakirə edildiyi çox əhəmiyyətli məkandır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu fikir aprelin 28-29-da keçirilən III Qlobal Bakı Forumunda iştirak edən nüfuzlu dövlət və hökumət başçılarının, siyasətçilərin və tanınmış ictimai xadimlərin çıxışlarında dönə-dönə vurğulandı. Onlar iki gün ərzində Bakıda qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı ciddi narahat edən məsələləri – etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidlərini, demokratiyanın inkişafını, təhsil, ekologiya və digər sahələrdə mövcud çağırışları geniş müzakirə etdilər, bu problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi apardılar. Xüsusi vurğulanmalıdır ki, bu liderlərin müasir dünyanın nizamı barədə baxışları onların zəngin bilikləri və təcrübələrinə əsaslanır.

Önəmli amillərdən biri də odur ki, Qlobal Bakı Forumu artıq ənənə halı alıb və onun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayı ilbəil artır. III Qlobal Bakı Forumunda dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimdəki nitqində deyib: “Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək”.

Azərbaycan Prezidentinin dediyi kimi, bu Forumun beynəlxalq əməkdaşlığın əsas təhlükəsizlik məsələlərinin həlli sahəsində qarşıya qoyduğu məqsədlər böyük əhəmiyyətə malikdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adları aşağıda qeyd olunan yüksək səviyyəli qonaqlara III Qlobal Bakı Forumunun işində fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirir.

Valdis Zatlers

Latviyanın Prezidenti (2007-2011)

Andres Pastrana

Kolumbiyanın Prezidenti (1998-2002)

Peter Medeşi

Macarıstanın Baş naziri (2002-2004)

Emil Konstantinesku

Ruminiya Prezidenti(1996-2000)

Dalia İtzik

İsrailin Prezidenti (2007)

Viktor Yuşşenko

Ukrayna Prezidenti (2005-2010)

İsmail Serageldin

İsgəndəriyyə Kitabxanasının direktoru

Vayra Vike-Freyberqa

Latviya Prezidenti (1999-2007) NGBM-nin həmsədri

Butros Butros-Qali

BMT-nin baş katibi 1992-1996

10.

Əbdüləziz Əl Tüveycri

İSESCO-nunbaş direktoru

11.

İvo Yosipoviç

Xorvatiya Prezidenti(2010-2015)

12.

Boris Tadiç

Serbiyanın Prezidenti (2004-2012)

13.

Həmid Kərzai

Əfqanıstan Prezidenti (2004-2014)

14.

Xorxe Kiroqa

BoliviyaPrezidenti(2001-2002)

15.

Linda Lanzillotta

Senatın vitse-prezidenti, İtaliya

16.

Rosen Plevneliyev

Bolqarıstan Respublikasının Prezidenti

17.

Mohamed E.M.Dayri

Liviyanın beynəlxalq əməkdaşlıq və xarici işlər naziri

18.

Abdullah Gül

Türkiyənin Prezidenti (2007-2014)

19.

Ekmələddin İhsanoğlu

İslam Konfransı Təşkilatının Baş katibi (2004-2014)

20.

Leonid Kuçma

Ukraynanın Prezidenti(1994-2005)

21.

Vatslav Klaus

Çexiyanın Prezidenti (2003-2013)

22.

Jan Fişer

Çexiyanın Baş naziri (2010-2011)

23.

Jan Omer Beriziki

Madaqasqarın Baş naziri(2011-2014)

24.

Cozef Muskat

Maltanın Baş naziri

25.

Yukio Hatoyama

Yaponiyanın Baş naziri (2010-2011)

26.

Petar Stoyanov

Bolqarıstanın Prezidenti (1997-2002)

27.

Oskar Ribas

Andoranın Baş naziri (1982-1984)

28.

Ceyms Mançam

Seyşel adalarının Prezidenti (1976-1977)

29.

Radu Al Romaniei

Rumıniya şahzadəsi

30.

Stepan Mesiç

Xorvatiyanın Prezidenti (2000-2010)

31.

Hikmet Çetin

Türkiyənin xarici işlər naziri (1991-1994)

32.

Lothar De Maiziere

Şərqi Almaniyanın Baş naziri 1990

33.

Filip Dimitrov

Bolgarıstanın Baş naziri (1991-1992)

34.

Zlatko Laqumciya

Bosniya və Herseqovinanın Baş naziri (2001-02),

xarici işlər naziri, Baş nazirin müavini

35.

Sali Berişa

Albaniya Prezidenti(1992-1997)

36.

Aleksandr Kvasnevski

Polşa Prezidenti (1995-2005)

37.

Yaroslava Yermanova

Cex Respublikasının vitse-spikeri

38.

Leonid Kravçuk

Ukraynanın Prezidenti (1991-1994)

39.

Taher Masri

İordaniyanın Baş naziri (1991)

40.

StanislavŞuşkeviç

Belarusdövlətinin başçısı (1991-1994)

41.

Mark Mediş

Prezident Klintonun Ukrayna, Rusiya, Avrasiya üzrə keçmiş məsləhətçisi

42.

Bertie Ahern

İrlandiyanın Baş naziri (1997-2008)

43.

Petru Luçinski

Moldova Prezidenti(1997-2001)

44.

George Papandreou

Yunanıstanın Baş naziri (2009-2011)

45.

George İvanov

Keçmiş Yuqaslaviya Makedoniya Respublikasının Prezidenti

46.

Georgi Pırvanov

Bolqarıstanın Prezidenti (2002-2012)

47.

Luka Bebic

Xorvatiya parlamentinin sədri (2008-2011)

48.

Massimo Dalema

İtaliyanın Baş naziri (1998-2000)

49.

Recep Meydani

Albaniyanın Prezidenti (1997-2002)

50.

Dora Bakoyannis

Yunanıstanın xarici işlər naziri (2006-2009)

51.

JanKreten

Kanadanın Baş naziri (1993-2003)

52.

Olusequn Obasanjo

Nigeriyanın Prezidenti (1976-79; 1999-2007)

53.

Danilo Turk

Sloveniyanın Prezidenti (2007-2012)

54.

Arnold Rüütel

Estoniya Prezidenti (2001-2006)

55.

Əmr Musa

Ərəb Liqasının Baş katibi (2001-2011)

56.

İveta Rodiçova

Slovakiyanın Baş naziri ( 2010-2012)

57.

Franko Frattini

İtaliyanın Xarici İşlər naziri (2002-2004; 2008-2011)

58.

Vytautas Landsbergis

Litvanın Prezidenti (1990-1992)

59.

Herman De Kroo

Belçika Krallığının keçmiş naziri

60.

Dumitru Braqhis

Moldovanın Baş naziri (1999-2001)

61.

Amine Gemayel

Livanın Prezidenti (1982-1982)

62.

Rosalia Arteaga

Ekvadorun Prezidenti(1997)

63.

Mirko Cvetkovic

Serbiyanın Baş Naziri(2008-2014)

64.

Luis Alberto Lakalle

Uruqvayın Prezidenti(1990-1995)

65.

Mixeil Saakaşvili

Gürcüstan Prezidenti (2004-2013)


Müəllif:

Oxşar xəbərlər