1 May 2015 10:21
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunda “Region Gənclərinin Ekoloji Maarifləndirmə Məktəbi” layihəsi həyata keçirilib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində Quzanlı qəsəbəsində gənclərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin İdarə heyətinin üzvü Zahid Əkbərov, Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev, ekspertlər və başqaları çıxış edərək layihə haqqında məlumat verib, ekoloji problemlər, onların həlli yolları və bu sahədə gənclərin maarifləndirilməsindən, gənclərin üzərinə düşən vəzifələrdən danışıblar. Bildirilib ki, layihənin məqsədi Qarabağ regionunda, əsasən də Ağdam rayonunda yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, gəncləri ekologiya (qlobal istiləşmə iqlim dəyişikliyi) sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla, onlar arasında birgə fəaliyyəti həvəsləndirməkdir.

Layihə çərçivəsində gənclərə maarifləndirici materiallar paylanılıb, Şəhadətnamələr təqdim edilib və Quzanlı qəsəbəsində ağacəkmə kampaniyası keçirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər