Mayın 5-də Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçiriləcək “İDEF–2015” beynəlxalq müdafiə sərgisində iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.