7 May 2015 13:32
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yağıntılı hava şəraiti kəsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, mayın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq.

Mayın 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Müəllif: