8 May 2015 19:55
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan-Türkiyə diş həkimləri simpoziumu” keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov dahi rəhbər Heydər Əliyevin təhsilə və səhiyyəyə göstərdiyi böyük diqqət və qayğıdan danışıb, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Tibb Universitetində təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən bəhs edən rektor təhsil müəssisəsinin yeni klinikalarının uğurla fəaliyyət göstərdiyini bildirib.

Akademik Ə.Əmiraslanov simpoziumun əhəmiyyətini diqqətə çatdırıb.

Türkiyəli professor Nejat Bora Sayan Türkiyə ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərindən danışıb, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb.

Alim Azərbaycana sonsuz sevgi və məhəbbətini ifadə edib və ölkəmizin dinamik inkişaf etdiyini vurğulayıb.

Yüksək ixtisaslı diş həkimlərinin hazırlanması ilə bağlı fikirlərini diqqətə çatdıran professor N.Sayan elmi təcrübələrin, müzakirələrin aparılmasının əhəmiyyətindən danışıb.

Sonra alimlərin “Dental anomaliyalarda multidisiplinar müalicə yöntəmləri”, “Ortoqnatik cərrahiyyədə ortodontik planlama” və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.


Müəllif:

Oxşar xəbərlər