10 May 2015 21:36
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada təxminən 300 milyon astma (tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir) xəstəsi var.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu xəstəlik ən çox uşaqlar arasında rast gəlinir.

Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişa şişkinləşir. Bu, bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa, insan üçün təhlükəli ola bilər.

Astma üçün ən mühüm risk amilindən biri genetik uyğunluq, digəri isə ekoloji təsirlərdir. Müvafiq dərman müalicəsindən istifadə edən hər bir kəs normal şəkildə gündəlik həyatına davam edə bilər.


Müəllif: