18 May 2015 08:06
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalça Muzeyində 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “açıq qapı” günü keçirilir.

“Açıq qapı”nın ilk günündə böyüməkdə olan nəslə təbiəti, ətraf mühiti və hər bir canlını sevmək, ona qayğı göstərmək hissini aşılamaq məqsədilə muzeydə “Təbiətimiz, tariximiz, ənənəmiz” adlı tədbir təşkil edilib.

Muzeydən Teleqraf.com-a bildiriblər ki, bununla yanaşı, Dənizkənarı Milli Parkda “Friends” himayədarlıq təşkilatı sahibsiz heyvanlar üçün “Siz bizə lazımsınız” adlı xeyriyyə aksiyası keçirib, eləcə də Günel Əlizadənin əl işlərindən ibarət satış-sərgi açılıb.

Muzeyə gələnlərə “Uşaq muzeyi”nin hazırladığı “Xalça ilmədən başlayır” adlı tamaşa təqdim edilib. “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin təqdim etdiyi “Rəngarəng duyğular”, uşaqların güllərdən hazırladıqları rəsm sərgiləri də maraqla qarşılanıb.

Azərbaycan Xalça Muzeyində 3 gün davam edəcək “açıq qapı” mayın 18-də geniş tədbirlər proqramı ilə yekunlaşacaq. Həmin gün Bakının 17 muzeyində də tədbirlər keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər