QOÇ - Əsas diqqətinizi fəaliyyətə yönəldin. Yalnız bu halda, qarşıya qoyduğunuz məqsədlərə nail ola bilərsiniz. Həmkarlarınızla, eləcə də doğmalarınızla münasibətdə acıdil olmayın.
BUĞA - Bu gün iştirakçısı olduğunuz əksər proseslər sizə xeyir verəcək. Mövcud reallığa obyektiv qiymət verin. Kənar təsirlərə uymayın. Qətiyyən görücü və ya falçı yanına da getməyin.
ƏKİZLƏR - İş və fəaliyyətlə bağlı yeniliklər yolunuzu gözləyir. Bunun üçün bəzi mühüm şəxslərlə görüşməyiniz vacibdir. Çətinlikdən qorxmayın. Ən azı ona görə ki, artıq öz dövranınız yetişməkdədir.
XƏRÇƏNG - Riskli hadisələrlə üzləşmə ehtimalınız var. Nəticənin sizə xeyir verməsini istəyirsinizsə, təcrübəli adamlarla məsləhətləşin. Əmin olun ki, onlar sizə lazımi dəstəyi verəcək.
ŞİR - Maraqlı adamlarla görüşləriniz mümkündür. Belə məqamlarda kiminsə əleyhinə danışmaqdansa, öz söhbət və davranışlarınızla rəğbət qazanmağa çalışın. Riskdən uzaq olun.
QIZ - Maddi durumunuzu yaxşılaşdırmaq istiqamətində şansınız var. Bunun üçün maksimum bəhrələnməyə çalışın. Əvvəlcədən nəzərdə tutmadığınız məsələlərə baş qoşmayın. Sevgidə uğurlarınız gözlənilir.
TƏRƏZİ - Sevindirici hadisələr, təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, gözlənilməz səfərə də çıxasınız. Amma pul və sənədləşdirmə işləri ilə bağlı bütün planlarınızı təxirə salın.
ƏQRƏB - Ulduzların düzümü yalnız maliyyə məsələlərində müəyyən uğurlara yiyələnəcəyinizdən xəbər verir. Digər işlərdə isə gərginlik hökm sürəcək. Səhhətinizə xüsusi diqqət ayırın.
OXATAN - Əsas planlarınızı iş vaxtına təyin edin. Çünki axşam saat 18-dən sonra sinirlərinizin gərilməsi işlərinizə mane olacaq. Nahar ərəfəsində gözləmədiyiniz istiqamətdən sevinə bilərsiniz.
OĞLAQ - Təxminən saat 14-ə qədər passiv ərəfə yaşayacaqsınız. Həmkar və rəhbərinizlə mübahisələrə cəlb oluna bilərsiniz. Sonrakı müddətdə isə hər şey normal tərzdə cərəyan edəcək.
SUTÖKƏN - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq istəyirsinizsə, çoxdan bəri nəzərdə tutduğunuz şəxslərlə görüşləri reallaşdırın. Digər işləri təxirə salmaq da olar. Riskdən qorxmayın.
BALIQLAR - Artıq son günlər qlobal problemlərinizin həlli yolları aydınlaşmağa başlayıb. Bunu sürətləndirmək üçün ətrafınızda etibarlı insanlar olmalıdır. Axşama yaxın səhhətinizi qoruyun.