QOÇ – Günün ilk yarısında əhəmiyyətli görüşlər, müəyyən sövdələşmələr aparmaq üçün münasib vaxtdır. Sonrakı müddəti isə daha çox istirahətə vaxt ayırın. Elektriklə diqqətli davranın.
BUĞA – Bacardığınız qədər fəallıq göstərin. Yarımçıq qalmış böyük işlərinizin gələcək perspektivlərini təyin etmək üçün vacib şəxlərlə görüşlərinizi intensivləşdirin. Səfərə çıxmayın.
ƏKİZLƏR – Bayram ovqatını lazmınca yaşamaq şansınız var. Daxili qürurunuzu, milli mənliyinizi dəyərləndirin. Unudulmuş dostlarınızı arayın. Bu gün gözəl xatirələr günüdür. Yararlanın.
XƏRÇƏNG – İş günü olmasa da, istirahət barədə düşünməyin. Fəaliyyət üslubunuza uyğun şəkildə çalışın. Xırda şeylərə əhəmiyyət verməyin. Görüş və danışıqlarda təşəbbüskarlığı ələ alın.
ŞİR – Ümumi gərginlik, planların icrasında ortaya çıxan ləngimələr ovqatınızı aşağı salmamalıdır. Çünki bu gün “qara zolaq”dan çıxacaqsınız. Mənfəətli nəticəsi varsa, səfərə çıxın.
QIZ – Qarşınızda romantik bir təqvim durur. İş və pul barədə hər şeyi arxa plana salın. Daha çox mənəvi əlaqələrə bağlanın. Özünüzə güvəninizi artırın. Hər kəsin dilini anlamağa çalışın.
TƏRƏZİ – Astroloji proqnozlarınız ciddi rəqabət mühitinə düşdüyünüzü göstərir. Geriyə yol yoxdur – yalnız irəli getmək lazımdır. Çətin məqamlarda inandığınız təcrübəli adamlara üz tutun.
ƏQRƏB – Ümumən normal bir gün yaşayacaqsınız. Hər hansı neqativlik gözlənilmir. Lakin qarşıya qoyduğunuz məqsədlərinizi bir daha gözdən keçirin. Qətiyyən tələskənliyə yol verməyin!
OXATAN – Təbiətin sakit bir guşəsinə çəkilib sevdiyiniz insanlarla bir araya gəlməyiniz sizə zövq yaşada bilər. Gündəlik qayğılarınızı unudub buna əməl edin. Pul söhbətlərindən qəti şəkildə uzaq olun.
OĞLAQ – Ulduzların düzümü həyatınızda müsbət dönüş yarada bilən adamlarla görüşəcəyinizi proqnozlaşdırır. Bəri başdan özünüzü buna kökləyin ki, şansınızı qaçırmayasınız. Qələbəlikdən qaçın.
SUTÖKƏN – Bayram olsa da çox güman ki, istirahətə vaxtınız olmayacaq. Çünki sizin üçün günün vacib məsələsi işlərinizi tamamlamaq və axşama doğru rahatlıq tapmaqdır. Özünüzü ac qoymayın. edin.
BALIQLAR – Sağlıq durumunuz imkan versə, bu günün zövqünü ala biləcəksiniz. Amma təkliyə qurşanmaq, acıdil olmaq yolverilməzdir. Ailə üzvlərinizlə birgə olmağa çalışın. Sirlərin açılan günüdür.