Dişlərimizi gündə ən az 2 dəfə fırçalayırıq. Ancaq diş həkimləri etiraf edirlər ki, istifadə etdiyimiz diş məcunlarının tərkibində olan kimyəvi maddələr sağlamlığımız üçün təhlükə yarada bilər.
Diş məcunlarının tərkibində olan və xərçəngə səbəb ola bilən paraben, qliserin, florid kimi kimyəvi maddələrə məruz qalmaq istəmirsinizsə, diş məcununu evdə özünüz də hazırlaya bilərsiniz.
Tərkibi:
1 çay qaşığı soda
1 damcı nanə və ya limon yağı
2-3 damcı su
Hazırlanması:
Təmiz bir qabın içərisində bütün məhsulları məcun halına gələnə qədər qarışdırmağa davam edin. Daha sonra dişlərinizi bu məcunla fırçalaya bilərsiniz.(publika.az)