3 İyun 2015 08:38
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 2-də Bakının Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hacı Rəcəbli və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk iştirak ediblər.

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışıb, bu istiqamətdə qəbul edilən qanunları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin artıq milli strategiya kimi formalaşdığını bildirib. Vurğulanıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara məhəbbəti bu sahəyə diqqətin daha da artmasına səbəb olub. Bununla yanaşı, mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları və tədbirlər planları qəbul edilib.

Digər çıxış edənlər də ölkəmizdə daun sindromlu şəxslərə göstərilən dövlət qayğısından söhbət açıblar.
Sonra iştirakçılar daun sindromlu şəxslərin rəsm işlərindən ibarət sərgiyə baxıblar, o cümlədən mərkəzi gəzərək burada daun sindromlu uşaqlar üçün yaradılan şəraitlə tanış oldular.

Tədbirdə, həmçinin daun sindromlu uşaqların hazırladıqları musiqili səhnəciklər də nümayiş olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər