QOÇ – Gün gözlənilməz hadisələrlə, yeni tanışlıqlarla zəngindir. İnsanlarla ünsiyyətdə olmaq, baş verənləri ürəyinizə salmamaq və tez unutmaq məsləhət görülür. Əlinizə pul gəlsə, deməli, yenə gələcək.
BUĞA – Bu gün istənilən mistikadan uzaq qaçmalısınız – falçı və cadugərə üz tutmaqdansa, Tanrı mərhəmətinə sığının. Günorta saatlarında sənədləşdirmə problemlərini sürətlə qaydasına salın. Səfərə çıxmayın.
ƏKİZLƏR – Bu gün yaddaşa böyük ehtiyacınız olacaq. Ötən dövrlərdə baş verən hər bir detalı yada salıb bu günün mənfəətinə daha çox nail ola bilərsiniz. Bu gün sözə etibar etmək müqavilə bağlamaqdan məqbuldur.
XƏRÇƏNG – Sevdiyiniz birisinə hədiyyə almaq sizə məmnunluq gətirəcək. Nahar ərəfəsində isə pul məsələlərinə diqqətli yanaşmaq lazımdır. Siyasi prosesləri diqqətlə izləsəniz də, meydana atılmayın.
ŞİR – Doğruluq, düzgünlük, özünütənqid bu gün başlıca vəzifənizə çevrilməlidir. Əks təqdirdə nəzərdə tutduqlarınız gerçəklikdən uzaq düşəcək. Saat 16-18 arası perspektivli görüşləriniz mümkündür.
QIZ – Ulduzlar qanunlara riayət etməyi tələb edir. Kiməsə zərər yetirmək, xeyirxah planlarını pozmaq olmaz. Fəaliyyət üslubunuzdan asılı olaraq istirahətinizi təmin etməyi də unutmayın.
TƏRƏZİ – Qarşınızda möhtəşəm bir təqvim durur. Günün karmik mənzərəsi geniş üfüqləri fəth etməyə gücünüzün çatacağını göstərir. Bu gün yalnız böyük, qlobal işlər görmək, tarixi gedişlər etmək məsləhətdir.
ƏQRƏB – Bu gün tələskənlik etmək, bir neçə işlə eyni vaxtda məşğul olmaq olmaz. Əgər ədalət lazım gələn məsələlərdə hiyləgərlik etsəniz, zərbə alacaqsınız. Ruhani insanlarla görüşmək sizə səmərə verəcək.
OXATAN – Bəri başdan nəzərinizə çatdıraq ki, gün boyu təcrübəli və müdriklərin məsləhətini eşitmək mövcud problemlərinizin həllində mühüm rol oynayacaq. Saat 12-16 arası cüzi də olsa, hər hansı mübahisəyə getməyin.
OĞLAQ – Ümumən uğurlu vaxtdır. Daxili tərəddüdlərinizi bir kənara atıb konkret hərəkətə keçin. Etibarlı dostlarınızla bir araya gəlməklə mövcud problemlərinizin həlli yollarını tapa bilərsiniz. Təşəbbüskar olun.
SUTÖKƏN – Bu gün başladığınız işləri mütləq təntənəli sonluğa çatdırmalısınız. Heç nəyə şübhə ilə yanaşmayın, axı şübhə Şeytandan gəlir. Bu gün haqq-ədalətin müdafiəsinə qalxmaq çox yaxşıdır.
BALIQLAR – Mülayim iqlimi nəzərə alıb daha çox təbiətdən zövq almağa çalışın. Hər hansı ciddi və riskli işlərə girişmək yolverilməzdir. İmkan daxilində çoxdan görmədiyiniz yaxınlarınıza baş çəkin.