5 İyun 2015 00:55
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gəncə - Avropa Gənclər Paytaxtı 2016” kompaniyası çərçivəsində Gəncə gəncləri üçün “Nizaminin Sirri” intellektual oyunu layihəsi keçirilib.

“İrəli”dən AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.

Bir neçə mərhələdə keçirilən intellektual oyunda ümumilikdə 100 gənc iştirak edib.

Sonda qalib komandanın hər bir üzvünə birinci Avropa Oyunlarına bilet hədiyyə olunub.


Müəllif: