5 İyun 2015 18:57
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boyun, sinə və döş nahiyələrinin dərisi bədən dərisinin digər bölgələrinə nisbətən daha nazik olur. Bu nahiyələrdə piy vəziləri daha az olduğundan dəri daha tez qocalır, qırışlarla örtülür, rəngini dəyişir və s.

İllər öz izini birinci boyun dərisində qoyur, nəticədə dəri sallanmaları meydana gəlir. Qırışların qarşısını almaq üçün dərini əvvəlcədən qorumaq lazımdır. Qocalmanı ləngitməyin ən yaxşı yolu boyun dərisini qorumaq və boyun dərisinin elastikliyini artırmaq üçün lazımi tədbirlər görməkdir. Boyun qırışlarının qarşısını almaq üçün dəri tipinə uyğun nəmləndirici krem çəkin. Boyun dərisinin də üzünüzün sahəsi kimi həssas olduğunu unutmayın.

Bunlarla yanaşı, estetik cərrahlar, ekspert həkimlər bir neçə tibbi və cərrahi metodlarla boyun dərisinin cavanlaşmasını təmin edirlər. Məsələn, 70 yaşlı Ajda Pekkanın boyun dərisi çox yaxşı qalıb. Odur ki, çox erkən yaşlardan etibarən boyun dərisinə təbii üsullarla qulluq etmək boyun qırışlarının qarşısını almağın ən təsirli yoludur.

Boyun qırışlarının səbəbləri: çirkli ətraf-mühit, tüstü və siqaret

Çirkli hava, siqaret tüstüləri dərinin qocalmasına səbəb olur. Gənc insan orqanizmi sərbəst radikalları neytrallaşdırır. Amma böyüdükcə, bu neytrallaşdırma prosesi yavaşlayır və dəriyə daha çox zərər verir. Bununla yanaşı, siqaret də dərinin qocalma prosesini sürətləndirir.

Günəş: Günəşə məruz qalan dəri daha tez qocalır. Dərini günəşdən müdafiə edən kremlər çəkmədikdə, dəri elastikliyini itirir, dolayısı ilə qırışlar çoxalır. Vaxtında qarşısı alınmasa, boyunda kiçik qırış xətləri və yaşlılıq ləkələri əmələ gətirir.

UVA və UVB şüalarına qarşı dərini qorumaq üçün günəş işığında çox qalmayın və yaz-qış evdən çıxmazdan 10 dəqiqə əvvəl günəş kremi istifadə edin.

Siqaret və digər tüstülərdən dərini qoruyun.

Hər gün boyun dərisinin elastikliyini bərpa edən məşqlər edin.

Başınızı hər zaman dik, çənəni isə yuxarı tutun.

Dərinin sağlam olmasını istəyirsinizsə, gündə ən az 8 stəkan su için.

Hündür yastıq da boyun dərisinin ən böyük düşmənidir. Çox hündür yastıq əvəzinə, böyük və alçaq yastıq seçin.

Boyun dərisinə kartof dilimləri qoyub 15 dəqiqə gözləyin. Kartof maskası

Yatmazdan əvvəl gecə boynuna yaxşı qırış əleyhinə krem və ya təbii baxım yağları çəkin.

Bazardakı qırış kremləri konsoregen təsirli ola bilər. Buna görə də dermatoloqun məsləhət gördüyü təbii baxım məhsulları alın.

Qalxanvari vəzi nahiyəsində xüsusi olaraq ehtiyatlı olun! Bu nahiyəyə yalnız yüngül şəkildə toxunmaq olar. Belə ki, artıq dərəcədə təzyiq və ya masaj edilməsi qalxanvari vəziyə pis təsir edə bilər.


Müəllif: