9 İyun 2015 00:07
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin növbəti dəfə əmək haqqı artımı olub. ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ADU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə mütəmadi olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır.

Belə ki, növbəti artım ADU-nun Elmi Şurasının 8 iyun 2015 - ci il tarixli qərarına əsasən həyata keçirildi. Bu addım ödənişli əsaslarla təhsil alan tələbələlərin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir. Universitetdə çalışan kafedra müdirləri 1250AZN, professor 1100AZN, dosent 860AZN, baş müəllim 600AZN, müəllim 500AZN məbləğində əməkhaqqları ilə təmin olunacaqlar. Bu da əməkhaqqının 30-35 %-ə qədər artımı deməkdir.

İctimaiyyətlə əlaqələr Departamentindən bildirilib ki, ADU-da professor-müəllim heyətinin əməkhaqqı minimum 500AZN, maksimum 2000 AZN təşkil edir ki, bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

SEVİL


Müəllif:

Oxşar xəbərlər