May ayı ərzində elektron hökumət portalına ümumilikdə 763 408 müraciət qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə elektron hökumət portalının elektron hökumət bülletenində məlumat verilib. Məlumata görə, portala müraciət edənlərin ümumi sayı isə 277 065 nəfər olub.
Həmin şəxslər 2 266 032 dəfə müxtəlif səhifələrə keçid ediblər və 1 467 127 xidmətə müraciət ediblər. Bütün bu işlər üçün isə ortalama 4 dəqiqə 27 saniyə vaxt sərf edilib.
Müraciət edənlərin 23,7%-i yeni, 76,3%-i isə təkrər müraciət edən istifadəçilər olub. Bülletendə 2012-ci ilin dekanrından 2015-ci ilin mayın 31-nə qədər daxil olan istifadəçilər haqqında da məlumat yer alıb.
Hesabata görə, qeyd edilən dövr ərzində 6 655 140 dəfə portala daxilolma qeydə alınıb. Müraciət edənlərin ümumi sayı isə 1 891 533 nəfər olub ki, onlar da 11 629 805 elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər ortalama 5 dəqiqə 39 saniyə vaxt sərf etməklə 23 800 474 dəfə müxtəlif səhifələrə keçid ediblər. Bu dövr ərzində portala müraciət edənlərin 28,5%-i yeni, 71,5%-i isə təkrar müraciət edənlər təşkil edib.
İlhamə