İyunun 18-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn tələbələrə mühazirə oxuyub.
Mühazirəsində Azərbaycan haqqında tələbələrə geniş məlumat verən rektor onlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında danışıb, hazırda ölkəmizdə keçirilən İlk Avropa Oyunlarından da bəhs edib. Bir sıra beynəlxalq layihələrdə, eləcə də Azərbaycanın apardığı daxili və xarici siyasətdə qazandığı uğurlardan söz açan rektor ölkəmizdə keçirilən İlk Avropa Oyunlarının öz möhtəşəmliyi ilə hər kəsin diqqətini çəkdiyini vurğulayıb.
Sonda rektor Səməd Seyidov amerikalı tələbələri maraqlandıran sualları cavablandırıb.